Azercell sosial mediada liderliyini qoruyur

25-08-2017 / 16:54

Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb.

Xeberler.az-ın məlumatına görə, gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.

Regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırır və vaxtlarına qənaət etmiş olurlar.

Azercell bu uğuru Twitter sosial  şəbəkəsində də təkrarlayıb və 2017-ci ilin ikinci rübü üçün 81% nəticə ilə bütün rəqiblərini geridə qoyub. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. Məlumat üçün bildirək ki, şirkət ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 110 000 artıq izləyicisi var və  bu göstəriciyə görə də Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.  

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.