Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

27-01-2017 / 18:08

4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən Azercell-in  so Facebook-da rəsmi səhifəsi artıq 9 ildir fəaliyyət göstərir. Burada Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

Azercell öz Facebook səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar.

Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.

Azercell-in sosial şəbəkədəki aktivliyi Socialbakers şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Socialbakers şirkətinin apardığı araşdırma göstərib ki, 2016-cı ilin oktyabr-noyabr-dekabr aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb.

Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb.

Şirkət eyni zamanda Twitter sosial şəbəkəsində də abunəçilərinin suallarını cavabsız qoymayıb və 79 % göstərici ilə yenə də digər mobil operatorları üstələyib.

Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub.

Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında məlumatların çatdırılması, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.