Azercell Telecom tələbələr üçün təqaüd proqramının keçirilməsini elan edib

31-10-2009 / 11:09

Azercell Telecom daha bir sosial yönümlü layihəyə imza atıb.Daha öncə də məlumat verdiyimiz kimi Azercell şirkəti tələbələr üçün illik təqaüd proqramının başlanmasını elan edir. Təqaüd proqramının məqsədi təhsildə böyük uğurlar nümayiş etdirən tələbələri təşviq etmək, gələcəkdə böyük potensiallı tələbələrin peşəkar formalaşmasına dəstək göstərmək və korporativ sosial məsuliyyət üzrə fəaliyyət çərçivəsində ictimai inkişafa töhfə verməkdir.

Şirkətdən xeberler.az-a daxil olan məlumata əsasən, bütün seçmə turları müvəffəqiyyətlə keçən tələbələrə şirkət təhsil müddətinin hər ayı 200 manat həcmində təqaüd verəcək. Gələcəkdə təhsilini bitirdikdən sonra təqaüdçülər \"Azercell\"-ə işə cəlb oluna bilərlər.

Təqaüd proqramında üçüncü və dördüncü kurs tələbələri iştirak edə bilər. Seçim zamanı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Texniki Universitet, İqtisadiyyat Universiteti və Qafqaz Universitetinin tələbələrinə üstünlük veriləcək.

Bu proqramda iştirak etmək istəyən tələbələr Azercell-in internet saytında ərazi formasını doldurmalı və sənədlərin surəti ilə birgə göstərilən elektron ünvana göndərməlidirlər.

Şirkətinin \"Gələcək sənsən\" proqramı çərçivəsində müxtəlif vakansiyalar üzrə təxminən 50 tələbə işə qəbul olunub. Ötən il ərzində 11 təqaüdçü seçilib, şirkət tərəfindən onlar üçün hər ay 200 manat həcmində təqaüdün ayrılması müəyyən edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə