Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019 / 08:59

Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib. 

Xeberler.az bildirir ki, Azercell və Xəzər TV-nin birgə təşəbbüsü ilə Azercell-in səyyar "Mobil Göz” və "Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər. Aksiya çərçivəsində təşkil olunan  təmənnasız müayinələrdən ümumilikdə 3000-ə yaxın insan faydalanıb.
 
Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində Xəzər TV-də yayımlanan "Səni axtarıram” verilişinin canlı efirində Xəzər TV və Azercell rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin Azercell şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
 
Vurğulamaq istərdik ki, Azercell-in "Mobil Göz” və "Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.