Azercell yeni mobil servis təqdim edib

12-11-2015 / 16:28

Azercell Telekom şirkəti bu gün BOOKMATE adlanan yeni mobil servisin təqdimatını keçirib.
 
Xeberler.az-ın məlumatına əsasən, Bookmate kitabları smartfonlara yükləyərək daha rahat oxumaq üçün yaradılan yeni mobil kitabxanadır.
 
Şirkətin icraçı direktoru  Vahid Mürsəliyev bildirib ki, bu cür servislərdən daha rahat istifadə etmək üçün önəmli faktorlardan biri yüksəksürətli internetin olmasıdır və bununla Azercell şirkəti  istifadəçilərini təmin edir.
 
Yeni onlayn kitabxanada Azərbaycan dilinə tərcümə edilmiş dünyanın məşhur yazıçılarının 500 min kitabı toplanıb. Azercell abunəçiləri yeni servisi AppStore və ya GooglePlay-dən yükləyə bilərlər.   
 
Qeyd edək ki, yeni servis Barama İnnovasiya və sahibkarlıq mərkəzinin məhsuludur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə