Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019 / 10:47

Azercell Telekom MMC abunəçilərinin istifadəsinə yeni GəncOl2, GəncOl6 və GəncOl9 tarif paketlərini təqdim edir.

Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş GəncOl tarif paketini abunəçilərinin istifadəsinə təqdim edir. Artıq Azercell-in Sim-Sim abunəçiləri yeni həftəlik GəncOl2 və aylıq GəncOl6/GəncOl9 tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər. Beləliklə, abunəçilər GəncOl2 tarif paketi çərçivəsində həftədə cəmi 2 AZN ödəməklə 750MB internet və GəncOl abunəçiləri arasında danışıq üçün 75 dəqiqə,
GəncOl6 tarif paketi çərçivəsində ayda 6 AZN ödəməklə 3GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, GəncOl9 tarif paketi çərçivəsində isə ayda 9 AZN-a 6 GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər.

Əlavə olaraq, GəncOl2 və GəncOl6 tariflərinin istifadəçiləri Whatsapp , GəncOl9 abunəçiləri isə Whatsapp, Facebook messenger, Telegram, Viber və hətta Twitter mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər. GəncOl2, GəncOl6 və ya GəncOl9 tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək
kifayətdir.

Azercell-in yenilənmiş GəncOl tarif paketi ilə sevdiklərinizlə ünsiyyət artıq sizin üçün daha da əlçatandır! Azercell-dən yeni GəncOl tarifi ilə xərclərinizə qənaət edərək daha çox ünsiyyət qurmaq və online qalmaq fürsətini əldən verməyin! Əlavə məlumat üçün http://gencol.az/  səhifəsinə daxil olun.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.