Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015 / 17:02

Məlumat verdiyimiz kimi , 7-12 avqust tarixlərində Bakıda azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçiriləcək. Seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar. 

Azercell Telekom MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.

Ölkəmizdə avqustun 7-də başlayacaq Ümumdünya Startap Müsabiqəsinin yerli seçimləri Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatı dəstəyi ilə keçirilir. Qaliblər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanacaq.

Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.

Müsabiqədə iştirak etmək istəyən hər kəs aşağıdakı link vasitəsilə 7 avqust tarixinədək qeydiyyatdan keçə bilər.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə