Azercelldən yeni kampaniya

06-07-2010 / 11:50

Azercell Telecom yeni kampaniyaya start verib. SimSim abonentlərinə 3 yeni tarif təklif edilir.

“Zəng” tarifi – ölkə daxilində 10 saniyəni 6 kontura danışmağa imkan yaradır.
Tarifə qoşulmaq üçün ZENG sözünü 7575-ə bilərsiniz. Bu tarifə qoşulmaqla uzun zənglərdə güzəşt əldə edirsiniz. Hər zəngin qiyməti 5 konturdur.

“Gün” tarifi – ölkə daxilində 10 saniyəni 4 kontura danışmağa imkan yaradır.
Bu tarifə qoşulmaq üçün GUN sözünü 7575-ə göndərə bilərsiniz. Bununla gün ərzində çox sərfəli tariflə danışa biləcəksiniz. Tarifin gündəlik haqqı 50 konturdur.

“Hər yerə” tarifi – ölkə daxilində və xariclə 10 saniyəni 10 kontura danışmağa imkan yaradır.
Xariclə tez-tez telefon əlaqəsi yaratmalı olursunuzsa, HERYERE yazıb 7575-ə göndərin və bu tarifə qoşulun. Xariclə çox endirimli qiymətlə danışın.

Bu tariflərdən hər hansı birinə qoşulma qiyməti(7575-ə göndərilən SMS-istək) 33 konturdur.
Hər istiqamətə tarif kampaniyası 15 dekabr 2010-cu il tarixinədək keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə