Azərenerji ASC yarımstansiyalarda yenidənqurma işləri aparır

27-03-2019 / 11:22

“Azərenerji” ASC “Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. 

Xeberler.az  bildirir ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızamasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanı üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir.

Odur ki, Dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur. 

Bundan başqa Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir. Paralel olaraq “Reabilitasiya Proqramı” çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib. Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.