Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018 / 13:36

Bu ilin oktyabr ayında “Azərenerji” ASC 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.

Xeberler.az bildirir ki, Reportun məlumatına görə bu rəqəm ötən ilin oktyabr ayında 1,7 mlrd. kVt/saat təşkil edib. 

"Ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Eyni zamanda “Azərenerji” enerji təhlükəsizliyi, sistemdə hər hansı problemin yaranmaması, fasiləsizlik prinsipinin qorunub-saxlanılması, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində vəzifə və funksiyalarının yüksək keyfiyyətlə həyata keçirmək məqsədilə yenidənqurma (müasirləşdirmə) tədbirlərinə başlayıb", - deyə məlumatda qeyd olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.