AzərEnerjidə yenidən işıq problemi yarandı

12-07-2018 / 17:38

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Xeberler.az bildirir ki, Bu barədə AzərEnerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 

Qeyd edək ki, Bakı Metropoliteni-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, enerjidə yaranan fasilə ilə bağlı Bakı metropoliteni-nin Bənövşəyi xəttinin iki stansiyası- AvtovağzalMemar Əcəmi stansiyalarının işində qısamüddətli fasilə yaransa da, artıq həmin stansiyalar da işini bərpa edib. 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə