Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019 / 14:17

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Xeberler.az  bildirir ki, “Azəristiliktəchizat” ASC üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb. 24 yanvar 2019 -cu il tarixindən etibarən vətəndaşlar adıçəkilən qurum üzrə ödənişlərini www.egov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları və 10 000 dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Bununla da vətəndaşlar “Azəristiliktəchizat” ASC üzrə isti su təchizatına və istilik təchizatına görə ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmışdır. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla 123 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirməm mümkündür. Müvafiq ödənişlər www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portal, eləcə də sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsi ilə nağd və ya nağdsız qaydada təmin edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.