Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019 / 15:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının ixracı 1,3 milyard ABŞ dolları təşkil edib.

Xeberler.az  bildirir ki, “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2019-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb. “Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.