Azərkosmos-a 2 sədr müavini təyin edilib

11-06-2018 / 12:33

Azərkosmos ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.

Xeberler.az bildirir ki, Azərkosmos-a yeni təyin olunan sədr müavinləri Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D. Qəhrəmanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin Riyaziyyat-Mexanika fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında Azərkosmos-un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında Azərpoçt MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə Azərkosmos-da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında Azərkosmos-un sədr müavini vəzifələrində işləyib. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.