Azərkosmos Airanespace şirkəti ilə müqavilə imzalayıb

02-12-2015 / 15:59

Məlumat verdiyimiz kimi,  Azərkosmos  ASC və Fransanın Airanespace şirkəti arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalamağa hazırlaşırdı.

Xeberler.az-ın  məlumatına görə,  imzalanma mərasimi bu gün Bakıda keçirilən Bakutel-2015 telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində imzalanıb.

Peyk Ariane-5ECA raket daşıyıcısının köməyi ilə geostasionar orbitə çıxarılacaq.

Airanespace şirkəti Azərbaycanın ilk AzerSat telekommunikasiya peykini Ariane-5ECA raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxıb. Airanespace ilə müqavilənin dəyəri 93 mln. dollar təşkil olub.

Müqavilənin imzalanma mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib.

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə