Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012 / 17:13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-nin internet səhifəsi istifadəyə verilib.  
Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan AZ ASC-nin internet saytının istifadəyə verilməsi ictimaiyyətin kosmik sənaye ilə bağlı ümumi məlumatlılıq səviyyəsinin artırılması, strateji əhəmiyyət kəsb edən peyk  layihələrinin icra vəziyyəti barədə vahid məlumat bazasının yaradılması, habelə qurumun öz fəaliyyətini ictimaiyyətlə qarşılıqlı əlaqələr zəminində qura bilməsi baxımından əlamətdar hal hesab edilir.
İnternet səhifəsində Azərkosmos-un yaranma səbəbləri və tarixi, məqsəd və fəaliyyət istiqamətləri, qanunvericilik əsası, təşkilati quruluşu, idarəetmə üsulları, vakansiyalar və işəgötürmə qaydaları kimi ümumi məlumatlarla yanaşı, 2012-ci ilin sonunda orbitə buraxılması planlaşdırılan ilk telekommunikasiya peykinin əhatə dairəsi, peyk vasitəsilə göstəriləcək xidmət növləri, peyki idarəetmə mərkəzləri barədə ətraflı məlumatlar da öz əksini tapıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə