Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018 / 17:06

“Azərkosmos” ASC dünyada kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə təmsil olunub

Xeberler.az  bildirir ki, bu barədə “Azərkosmos”dan məlumat verilib. Məlumata görə, Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 4500-dən çox nümayəndə iştirak edib.

Konqres çərçivəsində “Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanları əldə edib.

Həmçinin, konqresdə müxtəlif ölkələrin kosmik agentlik və qurum rəhbərləri ilə “Azərkosmos”un fəaliyyəti, xidmətləri, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.