Azərkosmos Parisdə toplantıya qatılıb

26-03-2019 / 17:03

Fransanın paytaxtı Parisdə Beynəlxalq Astronavtika Federasiyasının yaz toplantıları öz işinə başlayıb. “Azərkosmos” ASC-nin nümayəndə heyəti toplantılarda iştirak edir.

Xeberler.az  bildirir ki, “Azərkosmos”un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının builki yaz toplantılarında Dövlət Turizm Agentliyi ilə birlikdə Azərbaycanın kosmik sahədəki rolundan, mədəniyyət və tarixindən, eləcə də turizm imkanlarından bəhs edən təqdimatlar keçiriləcək.

Hər il ənənəvi olaraq keçirilən yaz toplantıları Federasiyanın ən önəmli tədbirlərindən hesab olunur. Tədbirlər çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının, eyni zamanda, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) prezidenti Jan-İv Lö Qall, vitse-prezidentlərdən ibarət Büro, eləcə də aidiyyəti komitələrin iştirakı ilə silsilə iclaslar təşkil olunacaq. Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada yeni kosmik sənayenin rolu və bu sahədəki trendlərlə bağlı geniş müzakirələr aparılacaq.

Yaz toplantılarında federasiyanın mötəbər tədbirlərinin gələcəkdə Bakı şəhərində keçirilməsi və Azərbaycanın kosmik ölkə olaraq üzv qurumlar arasında tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə