Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

13-06-2016 / 16:20

Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı Azərkosmos ASC-də təlim proqramında iştirak ediblər.

ASC-dən Xeberler.az-a verilən məlumata görə, təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə Azərkosmosun təcrübəsini öyrəniblər.

Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəsisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idareetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər. 

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm Azərkosmos, həm də TÜBİTAK UZAY-ın mütəxəsisləri təcrübənin faydalı olduğunu, gələcəkdə də bu kimi təcrübə mübadiləsinin davam etdirilməsinin zəruriliyini bildiriblər.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə