Azərkosmos-un gəlirləri kəskin artıb

31-05-2018 / 18:03

2018-ci ilin yanvar-aprel aylarında Azərkosmos ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

Xeberler.az bildiri ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İxrac İcmalı-nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk 4 ayında Azərkosmos ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Xüsusən də 2018-ci ilin aprel ayı Azərkosmos ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 milyon ABŞ dolları təşkil edib.

Azərkosmos ASC-nin 2018-ci ilin ilk 4 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə