Azərkosmos xidmətlərini 22 ölkəyə ixrac edib

04-09-2018 / 10:29

2018-ci ilin yanvar-iyul aylarında Azərkosmos-un xidmətləri 22 ölkəyə ixrac edilib.

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir ki, Azərkosmos ASC-nin iki peykin kommersiya istismarından əldə edilən gəlirləri 2018-ci ilin yanvar-iyul aylarında 14 milyon dollar təşkil edib. 

Qeyd edilən dövr ərzində xidmətlərin ixracından əldə edilən gəlirlər Azərkosmos-un ümumi gəlirlərinin 87%-ni təşkil etmişdir.

2018-ci ilin iyul ayında Azərkosmos ASC 1,3 milyon dollarlıq xidmət göstərmişdir.

Azərkosmos-un  resurslarından istifadə edən əsas ölkələr Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, Cənubi Afrika Respublikası, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniyadır. Ümumiyyətlə, təxminən 20 ölkə cəmiyyətin xidmətlərindən istifadə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə