Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015 / 10:39

Azərkosmos ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji  Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, memorandum kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlıq üçün nəzərdə tutulub.

Anlaşma cari ilin may ayında Azərkosmosda hər üç qurum arasında keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən imzalanıb.

Memorandum çərçivəsində Azərkosmos, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında aşağıdakı istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub.

- Kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması;

- Telekommunikasiya peyk sistemlərinin elmi məqsədlər üçün birgə istifadəsi;

- Yer səthinin məsafədən müşahidə sistemlərindən istifadə etməklə kənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması;

- Peyklərin idarəolunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkil olunması;

- Peyk texnologiyalarının inkişafı üçün mikro və nano-peyklərin hazırlanması;

- Birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması;

- Kosmik və astronomik tədqiqatlar sahəsində yüksək ixtisaslı azərbaycanlı və türk mütəxəssislərin hazırlanması.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.