Azərkosmosun nizamnamə kapitalı kəskin artırılacaq

24-10-2018 / 10:21

2019-cu il dövlət büdcəsində mənzil və komunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Xeberler.az  bildirir ki, Report-un məlumatına görə həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,3% təşkil edəcək.

Bundan başqa, büdcə zərfində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 2019-cu il dövlət büdcəsindən 19,5 milyon manat vəsait ayrılıb.

Nəqliyyat və rabitə xərclərinə 2019-cu il dövlət büdcəsində 175,8 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin məbləğdən "Azərkosmos" ASC-nin nizamnamə kapitalının artırılması üçün 48 milyon manat vəsait nəzərdə tutulur.

Xatırladaq ki, hazırda "Azərkosmos"un nizamnamə kapitalı 63 610 600 manatdır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.