Azərmarka rəsm müsabiqəsi elan edir

13-03-2018 / 17:08

26 mart tarixindən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsinə start veriləcək.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

“Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa, Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsi ilə müsabiqənin Təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. Azərmarka MMC) göndərmək lazımdır.

Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.

Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq.

Aprelin 26-dan mayın 1-dək münsiflər tərəfindən ümumilikdə 10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.

İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer - 200 manat, 3-cü yer - 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Ən uğurlu rəsm nümunəsi Azərmarka tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.

Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.