Azərpoçt-a yeni baş direktor təyin edilib

10-04-2018 / 09:20

Azərpoçt MMC-yə yeni baş direktor təyin edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, bu vəzifəyə Emin Əfəndiyev gətirilib.

Qeyd edək ki, Emin Əfəndiyev bundan öncə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsində, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

O, həmçinin Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

Emin Əfəndiyev AZAL SKB idarə heyətinin sədrinin müavini , Kapital Bank-da filial müdiri vəzifəsində də çalışıb.

Yeni vəzifəsinə qədər Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı-nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə