Azərpoçt müsabiqə elan edib

16-02-2018 / 18:19

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir.

Xeberler.az bildirir ki, ölkəmizdə bu müsabiqə Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti və Təhsil Nazirliyi ilə birgə təşkil edilir.

Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı tərəfindən olmaqla 3 mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular müəyyən olunub.

Belə ki, “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə inşa müsabiqəsində respublika məktəbliləri öz bilik və bacarıqlarını sınayacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

 

1-ci yer – 3 nəfər – hər biri 150 manat                         (hər bir mövzu üzrə 1 nəfər)

2-ci yer – 6 nəfər – hər biri 100 manat                         (hər bir mövzu üzrə 2 nəfər)

3-cü yer – 9 nəfər – hər biri 80 manat                           (hər bir mövzu üzrə 3 nəfər)

Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat                 (hər bir mövzu üzrə 4 nəfər)

Müsabiqəyə təqdim edilən inşa yazıları 01.04.2018-ci il tarixinə qədər yerli rayon Poçt filiallarına, şəhər Poçt filialları üzrə isə Azərpoçt MMC-nin mərkəzi filialına - Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir:

ÜPİ-nin təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə, Bern şəhərinə göndəriləcək.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.

Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunur.

Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur.

Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. 

Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.

Xatırladaq ki, Azərpoçt MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.