Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018 / 10:42

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 115,228 mln. manat təşkil edib.

Xeberler.az   şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.

2017-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 1,8% azalaraq 57,098mln. manata düşüb, qısamüddətli aktivləri isə 36,1% artaraq 58,13 mln. manata çatıb.

Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 25,8% artaraq 57,185 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,3% azalaraq 14,273 mln. manat, qısamüddətli öhdəlikləri isə 44,5% artaraq 42,912 mln. manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 4,8% artaraq 58,043 mln. manat olub.

2017-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 46,011 mln. manat (2016-cı ilə nisbətən 15% çox), xidmətlərinin maya dəyəri 28,383 mln. manat (18,1% çox), digər əməliyyat gəlirləri 2,412 mln. manat (13,5% az), digər əməliyyat xərcləri 17,594 mln. manat (32,1% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 127 min manat (2016-cı ildə gəlir olub), maliyyə xərcləri isə 632 min manat (2016-cı ildə zərər olub) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Son nəticədə “Azərpoçt” ötən ili 2,952 mln. manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 4,596 mln. manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 mln. manatdır. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.