“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

09-10-2009 / 16:58

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-də bu gün Poçt işçilərinin peşə bayramı münasibətilə inzibati binasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı ilə təntənəli mərasim keçirilib.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılmasının 135 illiyinə həsr edilmiş tədbirin açılışında “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev bütün poçt işçilərini peşə bayramı münasibətilə təbrik edib və son on ildə ölkədə poçt göndərişlərinin sayının dəfələrlə artdığını bildirib. Onun sözlərinə görə, poçt xidmətlərini yeni və müasir formada təqdim etmək məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti birgə icra olunan “Maliyyə xidmətlərinin inkişafı” layihəsini həyata keçirir. Layihə artıq yaxın gələcəkdə “Azərpoçt”a bank-maliyyə xidmətləri göstərmək imkanı yaradılacaq və nəticədə poçt şöbələrinin geniş şaxələnmiş şəbəkəsi nəzərə alınmaqla müəssisənin uğurlu inkişafı sahəsində güclü təkana səbəb olacaq. Bundan başqa, “Azərpoçt” MMC-də ən yeni texnologiyaların tətbiqi ilə qeyri-ənənəvi xidmətlərin təqdim olunması üçün digər yeni layihələr üzərində də işlər görülür.

9 oktyabr - poçt işçilərinin peşə bayramına həsr olunmuş tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin “Azərpoçt” MMC-nin bir qrup işçisinin təltif olunması haqqında əmri iştirakçıların nəzərinə çatdırılıb.

Ölkədə poçt sektorunun inkişafından danışan Ə.Abbasov qeyri-ənənəvi xidmətlər keçidinin genişlənməsinin və yeni layihələrin inkişafının vacibliyini bir daha vurğulayıb. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə də toxunan Ə.Abbasov artıq 2012-ci ildə “Azərpoçt”un özünü təmin edən tam rentabelli müəssisə olacağına və gəlir gətirəcəyinə inandığını qeyd edib.

Tədbirin sonunda nazir və digər qonaqlara bu gün dövriyyə buraxılmış və Ümumdünya Poçt İttifaqının yaranmasının 135 illiyinə həsr olunmuş poçt markası təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə