Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017 / 17:32

Bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış Azerspace-1 peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib.

Bu barədə Xeberler.az-a Azərkosmos ASC-dən məlumat verilib.

Qeyd edilib ki, dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət  həyata keçirilib.

2014-cü ildə Azərspace-1 peyki vasitəsilə ilə Azərbaycanın bütün  televiziya və radio kanalları keyfiyyətli yayıma başlayı. Hazırda Azerspace-1 peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.

Gələcək planlarını açıqlayan Azərkosmos-un strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.

Qurumdan  verilən məlumata görə, bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı  planlaşdırılıb.

Belə ki, Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Azerspace-2  regionda artmaqda olan tələbləri qarşılamaq üçün  yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1 orbitdəki ehtiyatı olacaq və Azərkosmos-a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.