Azerspace-1 peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib

31-03-2015 / 20:28

 Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan Azerspace-1 peyki üzərindən yayımlanan yerli TV kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib. Bununla əlaqədar olaraq, 30 mart saat 03.00-da 11169Mhz tezliyində yayımlanan  AZTV, Azad Azərbaycan, Xəzər, İctimai TV, Mədəniyyət, İdman Azərbaycan, İnterAz kanallar yeni tezliyə keçirilib. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur: 

11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol –H 

Eyni zamanda  Azerspace-1 peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir neçə region kanalı daxil olub

“Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, region kanalları –  Qütb TV (Quba), Alternativ TV (Gəncə), Türkəl TV (Tovuz) və Region TV artıq  Azerspace-1 peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur: 

 11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə