Azerspace-2 adlanan poçt bloku dövriyyəyə buraxılıb

04-02-2019 / 17:06

“Azərmarka” MMC “Azərbaycanın üçüncü peyki “Azerspace-2” adlanan poçt blokunu dövriyyəyə buraxıb.

Xeberler.az  bildirir ki, poçt blokunun ölçüsü 120x80 millimetr, markanın ölçüsü isə 52x37 millimetr təşkil edir. Orijinal poçt blokunun tirajı 10 min nüsxədir.

“Azerspace-2” layihəsinə həsr olunan bu poçt bloku “Bobruysk Integrated Printing House” çap evində işıq üzü görüb.

Qeyd edək ki, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

2018-ci il sentyabrın 26-da Kuru kosmodromundan uğurla orbitə buraxılan “Azerspace-2” peyki bu il fevralın 1-dən fəaliyyətinə başlayıb. Cari ildə “Azerspace-2”nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi nəzərdə tutulur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.