Azerspace-2 ilə bağlı tenderin qalibi yaxın vaxtlarda bilinəcək

27-08-2015 / 13:04

Azərbaycanın Azerspace-2 telekommunikasiya peykinin orbitə çıxarılması layihəsi ilə bağlı keçirilən tender üzrə qalib şirkətin  bu ilin III rübündə seçilməsi planlaşdırılır.

Bu barədə Xeberler.az-a Azərkosmos ASC-dən məlumat verilib.

Qeyd edilib ki, ikinci telekommunikasiya peyki Azerspace-2-nin orbitə buraxılması istiqamətində nəzərdə tutulan tender davam edir.

Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın Orbital ATK və Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir.

Sevinc Çəltikova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə