Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018 / 12:48

"Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır.

Xeberler.az  Azərtac-a istinadən bildirir ki, bunu "Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib.

Rövşən Rüstəmov bildirib ki, əsas məqsəd "Azərkosmos”un təqdim etdiyi peyk xidmətlərinin çeşidinin və əhatə dairəsinin daha da genişləndirilməsi, ən əsası "Azerspace-1" peykinin orbitdəki ehtiyatının yaradılmasından ibarətdir: "Bilirsiniz ki, "Azerspace-1” peyki 2013-cü ildən fəaliyyət göstərir. Bu günədək ehtiyat peykin olmaması "Azərkosmos"un beynəlxalq tenderlərdə iştirakını məhdudlaşdırırdı. Hər iki telekommunikasiya peykimizin birgə gücü onun peyk texnologiyaları bazarındakı payını və mövqeyini daha da möhkəmləndirəcək”.

R. Rüstəmov onu da diqqətə çatdırıb ki, "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək: "Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır. Bu müddətdən sonra peykin idarəçiliyi Fransanın "Arianespace" şirkəti tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək. Bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır olacaq".

Dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi gözlənilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.