Azerspace 2-nin yeni istehsalçısı seçilib

21-10-2015 / 10:52

Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan Space Systems/Loral (SSL) şirkəti Azərkosmos ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci  telekommunikasiya peykinin istehsalçısı seçilib.

Xeberler.az bildirir ki, Azərkosmos ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək Azerspace-2 Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.

SSL şirkətinin Prezidenti Con Çelli (John Celli) “peyk operatorları ilə əməkdaşlıq sahəsində SSL-in böyük təcrübəsi var” deyə qeyd edib. “Biz Azərkosmosla İntelsatın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhvəmizi verməyi səbirsizliklə gözləyirik”.

Azerspace-2 Azərkosmosun sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, Azerspace-1-in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.

Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən

İntelsat 12 peykinin davamlılığını təmin edəcək. Azerspace-2, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.

“Bu yeni peyk Azərkosmosu regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq. Biz dünyanın peyk sənayesinin aparıcı şirkətləri olan İntelsat və SSL ilə əməkdaşlıq etməyimizə məmnunuq” deyə Azərkosmosun sədri Rəşad Nəbiyev bildirib.

“Bu layihə hazırda peyk sənayesində peyk operatorları arasında əməkdaşlığın bariz nümunəsidir. SSL və Azərkosmosla əməkdaşlığımız bizə imkan verəcək ki, Mərkəzi Avropa və Asiyada müştərilərimizin məzmunun paylanmasına olan tələblərini qarşılayaq. Bu peyk, həmçinin Afrikadakı korporativ şəbəkələri biznesin qurulması və genişləndirilməsi üçün lazım olan genişzolaqlı rabitə ilə təmin edəcək” İntelsatın Baş texniki direktoru Tyeri Qulemin (Thierry Guillemin) bildirib.

Azerspace-2 ABŞ-ın qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və MDA korporasiyasına məxsus olan SSL şirkəti tərəfindən dizayn və istehsal ediləcək. Müqavilə çərçivəsində Kanadanın Riçmond şəhərində yerləşən, qlobal kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası Azərkosmosa Yer səthinin radarla müşahidəsinə dair bilik və təcrübənin ötürülməsini də təmin edəcək. Peykin dizaynı yüksək etibarlı SSL 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.

Azerspace-2 peyk layihəsi Kanadanın Export Development Canada (EDC) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.