Azerspace-2 peykinin buraxılış tarixi dəyişdirilib

20-08-2018 / 16:26

Azərbaycanın Azerspace-2/Intelsat 38 ikinci geostasionar peykinin buraxılışı 2018-ci il sentyabrın 7-ə planlaşdırılıb.

Xeberler.az məlumat verir ki, bu barədə Arianespace şirkətinin bəyanatında deyilir.

Belə ki, Azerspace-2/Intelsat 38 peyki Ariane 5 ECA raket-daşıyıcısı ilə buraxılacaq. Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı Horizons 3e peykini də aparacaq.

Qeyd edək ki, daha əvvəl Azerspace-2/Intelsat 38 peykinin sentyabrın 5-də fəzaya buraxılacağı nəzərdə tutulmuşdu. Azerspace-2/Intelsat 38 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.