“Azerspace-2” peykinin yerüstü avadanlıqların satınalınması”na dair tender keçirilir

04-03-2015 / 11:18

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender elan edir:

 Bakı şəhəri                                                                                                                         4 mart 2015-ci il

 

“Azərkosmos” ASC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender keçirir və telekommunikasiya peyk istehsalçılarını tenderdə iştirak etməyə dəvət edir.

 

1. Tenderin dili

Tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində tərtib olunub.

 

2. İxtisas göstəriciləri

Tenderdə iştirak etmək üçün müraciət edənin göstəriciləri aşağıdakı meyarlara uyğun olmalıdır:

  • satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
  • maliyyə durumu qənaətbəxş olmalı;
  • satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;
  • texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
  • vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

 

3. Tələb olunan sənədlər

Tenderdə iddiaçı kimi iştirak və Tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər, “13” mart 2015-ci il Bakı (Azərbaycan) vaxtı ilə saat 18:00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • konfidensiallıq haqqında müqavilənin imzalanmış əsli (belə sənəd olmadıqda, müqavilə layihəsinin formasını elanın sonunda qeyd edilən şəxslərə müraciət edib əldə etmək olar).

Bundan sonra isə, aşağıdakı sənədlər Tender Prosedurunun başlanmasına ən azı 7 (yeddi) bank günü qalmış təqdim edilməlidir:

  • şirkətin tam adı, hüquqi statusu, rekvizitləri, təsis olduğu ölkənin səlahiyyətli dövlət orqanında qeydiyyata alınmış nizamnaməsi (bu olmadıqda isə, digər ekvivalent sənədi);
  • şirkətin Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və ya Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) əsasında hazırlanmış kənar audit hesabatı və ən sonuncu il üzrə maliyyə hesabatları.

 

4. İştirak haqqı

Tenderdə iştirak haqqı 20000 (iyirmi min) ABŞ dolları təşkil edir və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:

 

Benefisiar: “Azərkosmos” ASC

H/h: AZ87AIIB33160018401802747118 (USD)

Bankın adı/ünvanı: Kapital Bankın Rabitə filialı,

Həsən Əliyev küçəsi 82, Bakı, Azərbaycan

SWIFТ: AİİBAZ2X

Vasitəçi bank: Citibank N.A. / New York, USD

M/h: 36089289

SWIFТ: CITIUS33

 

5. Tender təklifinin qüvvədə olma müddəti

180 gün.

 

6. Tender təklifinin təminatı

Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1% (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. Bank zəmanətinin mövcudluğu Azərbaycanda məqbul sayılan yerli bankda SWIFT vasitəsi ilə təsdiqlənməlidir.

 

7. İcra müddəti

Müqavilə üzrə işlər 2017-ci ilin sonunadək tamamlanmalıdır: yerüstü avadanlıqların quraşdırılması ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir.

 

8. Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər

Qalib iddiaçı, hər bir tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində, maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq, seçiləcəkdir.

 

9. Təklifin təqdim olunması üçün son gün

Tender təklifi və bank zəmanəti 22 aprel 2015-ci il Bakı (Azərbaycan) vaxtı ilə saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) təqdim edilməlidir.

 

10. Tender prosedurunun tarixi

Tender proseduru 23 aprel 2015-ci il Bakı (Azərbaycan) vaxtı ilə saat 11:00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) başlayacaqdır.

  

11. Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət edə bilərsiniz

 

a) elektron poçtla

Email: samaddin.asadov@azercosmos.az

Tender komissiyasının sədri - Saməddin Əsədov

 surəti:

arzu.guliyeva@azercosmos.az

Satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyeva

 və arzu.mammadova@azercosmos.az

Hüquq şöbəsinin böyük hüquqşünası - Arzu Məmmədova

 

b) telefonlar: (+994) 12 5650055

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.