“Azerspace-2”peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

24-04-2015 / 10:01

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair  “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açıldı.

ASC-nin mətbat xidmətindən Xəbərlər-ə verilən məlumata görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın “Orbital ATK” və “Space Systems Loral”, Çinin “China Great WallIndustry Corporation” və Fransanın “Airbus Defence and Space” şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

 Qeyd edək ki, “Azerspace-2”-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. “Azerspace-2”  regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün  yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”-in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.

Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək. 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.