AZERSPACE-nin inşası ilə əlaqədar əsas müqavilə imzalanıb

01-06-2010 / 06:22

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin istehsalı ilə əlaqədar "Orbital Sciences Corporation" şirkəti ilə müqavilə imzalayıb.

"Azerspace"in qiyməti 160 milyon manatdan çoxdur. Müqavilənin şərtlərinə görə peykin inşası müqavilə imzalandığı gündən 26 ay ərzində həyata keçiriləcək və  təxminən 87 milyon manata başa gələcək.

40 milyon manat onun orbitə buraxılmasına sərf olunacaq. Peykin idarəedilməsi mərkəzi 16 milyon manat təşkil edəcək. Qalan 18 milyon manat onun 100 faizlik sığortasına sərf ediləcək.

Peykin istismar müddəti 15 il, xərcini çıxarma müddəti beş ilə yaxındır. AZERSPACE-nin orbitə 2012-ci ilin iyununda çıxarılacağı gözlənilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.