AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018 / 16:10

AzerTelecom korporativ müştərilərə kiber hücumlardan müdafiə xidməti təqdim edir.

Xeberler.az bildirir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom korporativ müştərilərə kiber hücumlardan (DDOSS attack protection) müdafiə xidməti təkif edir.

Hazırda bütün dünya üzrə kiber hücumların geniş vüsət aldığı, xidmətdən normal istifadəyə ən müxtəlif maneələrin yaradıldığı şəraitdə belə hücumlardan qorunmaq mühüm əhəmiyyət daşıyır.

Belə ki, DDOS ( A distributed denial of service – xidmətdən imtinaya gətirən hücumlar) veb-saytın, veb-serverin və digər şəbəkə resurslarının sabit fəaliyyətini pozmaq, çətinləşdirmək məqsədi ilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir və sorğuların emalı üçün resurslar çatışmayanda bu, xidmətin dayanmasına və fəaliyyətin normal bərpası üçün bəzi xərclərin yaranmasına gətirib çıxardır.

AzerTelecom şirkətinin xidmət portfoliosunda mövcud olan və müxtəlif müştərilərə təqdim edilən DDOS hücum əleyhinə müdafiə xidməti isə kiber hücumlar zamanı onların istifadə etdikləri xəttin müdafiəsini və internet xidmətinin istifadəçiyə maneəsiz çatdırılmasını təmin edir.

AzerTelecom MMC barədə:

AzerTelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru Bakcell şirkətidir. AzerTelecom şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.