AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017 / 15:32

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom MMC-nin baş sponsorluğu ilə keçirilmiş Mill Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən Xeberler.az-a verilən məlumata əsasən, AzerTelecom bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu MilliNet 2017 tədbirinə Baş sponsorluq edib.

Şirkətdən bildirilib ki, MilliNet tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan AzerTelecom  MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.

Tədbirdə çıxış edən AzerTelecom MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, AzerTelecom şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır.

AzerTelecom 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq. Bu 10 il ərzində şirkət Azərbaycanda İKT sahəsinin ayrılmaz hissəsinə çevrilib, ölkənin yüksək keyfiyyətli və yüksəksürətli internet xidməti ilə təmini istiqamətində əhəmiyyətli işlər görüb.

“AzerTelecom MMC İKT məkanının davamlı inkişafı, cəmiyyətdə informasiya texnologiyalarının tətbiqi, milli resursları tanıdan, cəmiyyətin təhsil şüurunu inkişaf etdirən layihələri hər zaman dəstəkləyir və bu prinsiplərə sadiq olaraq fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir” - deyə Ləman Abasbəyli qeyd edib.

Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də MilliNet tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.   

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.