AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018 / 10:04

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin rəhbər şəxsləri 26-29 oktyabr tarixlərində Bakıda “İnnovasiya Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” təbirində spiker və ekspert-moderator qismində iştirak etməkdən məmnunluğunu bildirib.

Xeberler.az  bildirir ki, tədbirin rəsmi hissəsinin spikeri AzerTelecom şirkətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub. Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsi AzerTelecom şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat veriblər, müxtəlif təkliflər səsləndiriblər.

“Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb. Tanınmş spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunub.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.