AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018 / 10:40

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom” cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi Sərgisində iştirak edib.

Xeberler.az  bildirir ki, "AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, şirkətin sərgidə iştirakının məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.

Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya Federasıyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov, Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və rabitə naziri Bayramgeldi Ovezov və digər qonaqlarla görüşərək "AzerTelecom” şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib.

"Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. "Türkmentel 2018” sərgisində iştirak Orta Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu”, - deyə baş icraçı direktor qeyd edib.

Sərgi çərçivəsində həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə "AzerTelecom” şirkətinin xidmətləri və sərgidə iştirakı barədə ətraflı müsahibələr verilib.

Sayca 11-ci olan "Türkmentel 2018” sərgisində "Sony”, "Huawei”, "Samsung”, "Nokia”, "Space Systems International Monaco”, "Türksat”, "Airbus”, "Iskratel”, "Thales”, "Lenovo”, "Rostelecom”, "Polar Power”, "Gospel” kimi dünyaca tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər.

Qeyd edək ki, "AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. Şirkət internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə