AzerTelecom və STEP Kompüter Akademiyası memorandum imzalayıb

17-07-2018 / 12:16

AzerTelecom MMC ilə STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xeberler.az məlumat verir ki, AzerTelecom və STEP Kompüter Akademiyası arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsillə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

Bildirək ki, əməkdaşlıq memorandumu AzerTelecom MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev və STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov arasında imzalanıb və bir sıra mühüm istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

“Memorandum qarşımızda yüksək texnologiyalar sahəsində təhsilin inkişafı, Akademiyanın şagird və tələbələrinin nəzəri və təcrübi biliklərinin artırılması üçün geniş imkanlar yaradır. “AzerTelecom” şirkəti cəmiyyətimizin davamlı inkişafını hədəfləyən, elm və təhsil yönümlü müxtəlif layihələri daim dəstəkləyir. STEP Kompüter Akademiyası ilə gələcək faydalı əməkdaşlığımız çərçivəsində birgə həyata keçirəcəyimiz yeni maarifləndirici layihələrin ümumi inkişafa töhfə verəcəyinə inanırıq” - deyə şirkətin baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib

Həmçinin Aleksey Sleptsov söyləyib ki, memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və İKT sahəsində təhsilin irəli aparılmasına şərait yaradacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə