Azərtelekom-a yeni rəhbər təyin edildi

20-07-2017 / 12:21

Azərtelekom şirkətinin rəhbəri dəyişib.

Xeberler.az-ın məlumatına görə, Fuad Allahverdiyev Haim Maimonu əvəzinə şirkətin baş icraçı direktoru təyin olunub.

Şirkət məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, F.Allahverdiyev Azərbaycanda telekomunikasiya və yüksək texnologiyalar sahəsində bir neçə startapların müəllifi və yaradıcısıdır. 
O, Azərbaycan Respublikasında telekommunikasiya sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin Baş direktoru olaraq çalışıb.
Belə ki, F.Allahverdiyev  İKT sahəsində qabaqcıl şirkətlərdən biri olan BBTV Communications kabel televiziyası şirkətinin Baş direktoru və həmçinin Azərfon (NAR) şirkətinin Biznesin İnkişafı üzrə Baş direktoru vəzifəsini də icra edib.

Azərtelekom Azərbaycanda özəl fəaliyyət göstərən telekommunikasiya operatorudur. Şirkət Delta Telecom-dan sonra ölkənin 2-ci backbone provayderidir.

 

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.