Azexport ilk dəfə beynəlxalq sərgidə-Foto

26-04-2017 / 12:40

Azexport.az portalı ilk dəfə olaraq 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika "TransCaspian/Translogistica 2017” sərgisində iştirak edir.

Xeberler.az-ın məlumatına görə, sərgi 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilir.

Qeyd edək ki, “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiri hesab olunur.

Azexport portalı nəqliyyat-logistika xidmətlərinin ixrac zəncirində əsas faktor olduğunu nəzər alaraq, yerli və xarici şirkətlərə göstərdiyi xidmətlər barədə məlumatları təqdim edir.

Bundan başqa, yerindəcə onlayn qaydada sahibkarların qeydiyyatını həyata keçirir və beynəlxalq nəqliyyat şirkətləri ilə müqavilələrin bağlanması təmin olunur.

Bu sərgi çərçivəsində dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatları da bir araya toplanıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə