Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018 / 13:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “İnternational Trade Centre” (İTC) şirkəti ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlər təşkil edir.

Xeberler.az  bildirir ki, təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İTC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən 22-23 noyabr tarixlərində keçiriləcəkdir. İTC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə təlim zamanı informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə proseduralar barədə ətraflı danışılacaq, həmçinin bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.

Qeyd edək ki Azexport portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir. Təlimdə iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: Qeydiyyat linki: https://www.e-trade2018.ereforms.org


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə