Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

13-02-2019 / 12:20

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport.az portalı və VİSA İnternationalın birgə təşkilatçılığı ilə "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirilib. Təlim mərkəzi ofisi Vaşingtonda yerləşən Visa School of Public Policy (VSPP) institutunun ekspertləri tərəfindən aparılıb.

Xeberler.az  bildirir ki, 25 dən artıq sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirak etdiyi təlimin keçirilməsində başlıca məqsəd, VİSA İnternationalın rəqəmsal və nağdısız ödənişlərin inkişafı istiqamətində dünyada tətbiq etdiyi yeniliklərin Azərbaycan sahibkarları ilə də bölüşərək elektron ticarət dövriyyəsinin daha da
sürətləndirilməsi üçün maarifləndirməni təmin etməkdir.

Qeyd edək ki, Visa İnternational və İİTKM arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində xüsusi ilə iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində bir sıra birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan “Visa Touch” texnologiyasının tətbiqi, nəqliyyat və ticarət sistemində kontaktsız kartların tətbiqi o cümlədən “Apple Pay”, “Google Pay” və “Samsung Pay” platformalarının Azərbaycana gətirilməsini qeyd etmək olar. Təlimin sonunda iştirakçılara VSPP tərəfindən sertifikatlar təqdim edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.