Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018 / 12:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub. İxracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib.

Xeberler.az  bildirir ki, rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib. l qrup əlil olan Ə.Şirinli ona uğur qazandıran Azexport.az portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər barədə məlumat, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlir ilə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. Azexport.az portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.

Azexport portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait bu gün imkan verir ki, istək, niyyət və işgüzarlıq varsa hər kəs özünə yüksək gəlir mənbəyi təmin edə bilər, hətta fiziki məhdudiyyətli insanlar da. Yəni Azexport portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa Azexport bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı onlara ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə
dəstək olur. İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün Azexportun fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Azərbaycan Respublikası Prezidentinin 2016 –ci il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması” haqqında Sərəncamına əsasən yaradılıb. Portal sahibkarlara ölkəmizdə istehsal olunan malların beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını təqdim edir.

Mətbuat nümayəndələri üçün qeyd: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ATV telekanalı ilə birgə layihəsi olan “Made in Azerbaijan” verilişinin komandası Zaqatala sakini I qrup əlil Əlihüseyn Şirinli görüşüb və mövzuda onunla söhbət edib. Reportaja https://www.youtube.com/watchv=Y3lUjKImgXk&t=3s linki vasitəsi ilə baxa bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.