Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

07-11-2018 / 11:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə “VISA International” şirkəti arasında əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

Xeberler.az  bildirir ki, memorandumun imzalanmasında məqsəd Azərbaycanda rəqəmsal və nağdsız ödənişlərin inkişaf etdirilməsi təkmilləşdirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirməkdir. Memorandumda eyni zamanda qanunvericiliyin təkimilləşdirilməsi, “VISA International” şirkətinin digər ölkələrdə tətbiq etdilənyi innovativ yeniliklərinin Azərbaycana gətirilməsi, onlayn ticarətlə məşğul olmaq istəyən sahibkarlar üçün “Azexport.az portalı üzvlərinə əlavə dəstək imkanları məqsədilə, “instant merchant” merchant” hesabların açılmasının sadələşdirilməsi, hesabları üzrə sistemin işə salınması (ani satıcı hesabları), Apple Pay, Samsung pPay və Google Pay ödəniş sistemlərinin işinin təmin edilməsi üçün üçün əlverişlizəruri platformanın təmin edilməsihazırlanması kimi məsələlərə dair işbirliyi nəzərdə tutulur.

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, “VISA International” şirkəti ilə imzalanan memorandum Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasınaa əhəmiyyətli töhfə verəcək: “Biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını şərtləndirən , elektron kommersiya mühitin yaxşılaşdırılması, rəqəmsal ödəniş platformalarının əlçatanlığı və Visanın məlumatlar bazasına əsaslanan biznes zəkası analitika və ödəniş alətləri kimi müxtəlif innovativ həllərinin hazırlanması və həyata keçirilməsində, tətbiqində maraqlıyıq.

“VISA International” şirkəti ilə imzalanan Memorandum vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin əhatəsinin xeyli genişlənməsi , nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi üçün etibarlı tərəfdaşlıq etmək məqsədi daşıyır. Güman edirik ki, şirkətin bu sahədə mövcud qabaqcıl texnologiyalardanının tətbiqi istifadə etməsi faydalı olacaq.”

“VISA International”ın nümayəndələri isə bildiriblər ki, İİTKM ilə imzalanan memorandum çərçivəsində elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.