Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018 / 10:47

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb. Təlimdə özəl və dövlət qurumlarının 40- dan artıq əməkdaşı iştirak edib.

Xeberler.az  bildirir ki, təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə ardıcıl 5 gün davam edib. İTC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə təlim zamanı iştirakçılara informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə mərhələlər barədə ətraflı məlumatlar təqdim ediblər.

Qeyd edək ki, “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) şirkəti ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təşkil edilən təlim Azexport portalına daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir. Təlimin sonunda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və İTC tərəfindən sertifikatlar təqdim olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.